İnsanlara hürriyət, millətlərə istiqlal!

Stoltenberq: “F- 16-ların döyüş meydanında vəziyyəti kökündən dəyişə biləcəyinə əmin deyilik”

551 29.11.2023 16:41 Dünya A A

“F- 16 qırıcılarının döyüş meydanında vəziyyəti kökündən dəyişə biləcəyinə əmin deyilik”.

“Report” xəbər verir ki, bunu NATO-nun Baş katibi Yens Stoltenberq Ukrayna-NATO Şurasının iclasından sonra keçirilən mətbuat konfransında deyib.

O bildirib ki, bu təyyarələr döyüş meydanındakı vəziyyəti kökündən dəyişəcək “gümüş güllə deyil”.

Y. Stoltenberq, həmçinin söyləyib ki, F-16-ların Ukraynaya çatdırılma tarixi hələ məlum deyil.

Y. Stoltenberq söyləyib ki, qırıcılar Ukraynanın hava hücumundan müdafiə qüvvələrini gücləndirəcək: “Eyni zamanda, biz başa düşməliyik ki, döyüş meydanında vəziyyəti öz-özünə dəyişdirəcək heç bir silah sistemi yoxdur. Bu, kompleks tədbirlər tələb edir. Biz uzun və mürəkkəb döyüş əməliyyatlarına hazır olmalıyıq”.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR