İnsanlara hürriyət, millətlərə istiqlal!

Stilist Anar Ağakişiyev “Azparking”dən yenə şikayətçidir - FOTO

1409 09.03.2024 04:24 Şou-biznes A A

Stilist Anar Ağakişiyev “Instagram” hesabında “Azparking”dən narazılığını bildirən paylaşımlar edib.

Oxu.Az yazır ki, o, bir neçə dəqiqə gecikdiyinə görə cərimələnməsindən şikayətlənib.

“Sizin kimi vicdansız bir qurum görmədim mən. Hər gün gəlib parkinq ödənişimi edirəm. Düşünməyin ki, ödənişimi etmirəm. Bu gün də digər günlər kimi gəlib ödənişimi etdim. Üç saat tamam olduqdan sonra heç üzərindən iki dəqiqə keçməmiş cərimə yazırsınız”, - deyə o bildirib.

Xatırladaq ki, Anar Ağakişiyev daha öncə xarici vətəndaş olduğu üçün iş yerinin yanında maşın saxlamağa ödəniş etdiyini bildirmişdi. Onun sözügedən problemi bu ilin yanvar ayında həll olunub. 

Screenshot 2024-03-08 234014.jpg (30 KB)

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR