İnsanlara hürriyət, millətlərə istiqlal!

Spirtli içki içən qadınlar 5 kişinin hücumuna məruz qaldı - ANBAAN VİDEO

1773 09.06.2022 00:45 Hadisə A A

İstanbulda yaşadıqları binanın həyətində spirtli içki qəbul edən 6 qadın 5 kişinin hücumuna məruz qalıb.

Medianews.az xəbər verir ki, hücum edənlər qadınları qorumağa çalışan 60 yaşlı kişini də döyərək ayağını sındırıblar.

Hücum edilən qocanın həyati təhlükəsinin davam etdiyi iddia edilib.

Hadisənin təfərrüatı:

Hadisə bir neçə ay əvvəl binaya köçən bir şəxsin qadınlara “sizə burada içki içməyə icazə vermirəm” deməsi ilə başlayıb. Həmin şəxslər qadınlara hədə-qorxu gəldikdən sonra onlara hücum ediblər.

5 kişinin hücumuna məruz qalan qadınların qanlar içərisində olan görüntüləri sosial mediada yayılıb. Hücum məruz qalan qadınlardan biri onları qorumağa çalışan 60 yaşlı kişinin də həmin şəxslər tərəfindən döyüldüyünü bildirib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR