İnsanlara hürriyət, millətlərə istiqlal!

Space TV qalibi elan etdi - FOTO

1085 24.06.2022 12:10 Media A A

“Space” TV-nin elan etdiyi “Vətən müharibəsi xatirələri” adlı müsabiqə sona çatdı.

Musavat.com xəbər verir ki, müsabiqəyə 44 günlük Vətən müharibəsində yaşananlardan bəhs edən 110 xatirə yazısı qəbul olunub.

Müsabiqənin nəticələri isə Azərbaycan televiziya məkanında ilk dəfə olaraq Space Tv-də canlı yayımda münsiflər tərəfindən elan edilib.

Beləliklə Əməkdar Mədəniyyət işçisi Yusif Şeyxovun, yazıçı Şərif Ağayarın və şair Aqşin Yeniseyin təmsil olunduğu münsiflər heyətinin qərarı ilə müsabiqənin iki qalibi və bir nəfər müsabiqənin xüsusi mükafatçısı elan olunub.

Space tv-nin yaydığı məlumatda bildirilir ki, müsabiqənin qalibləri Füzuli rayon sakini Tural Nəbiyev və Cavid Zeynallı olub. Xüsusi mükafat isə həyat yoldaşı və qardaşı ikinci Qarabağ savaşının iştirakçısı olan Sürəyya Hümmətova təqdim edilib.

Beləliklə Əməkdar Mədəniyyət işçisi Yusif Şeyxovun, yazıçı Şərif Ağayarın və şair Aqşin Yeniseyin təmsil olunduğu münsiflər heyətinin qərarı ilə müsabiqənin iki qalibi və bir nəfər müsabiqənin xüsusi mükafatçısı elan olunub.

Space tv-nin yaydığı məlumatda bildirilir ki, müsabiqənin qalibləri Cavid Zeynallı və Tural Nəbiyev olub. Xüsusi mükafat isə həyat yoldaşı və qardaşı ikinci Qarabağ savaşının iştirakçısı olan Sürəyya Hümmətova təqdim edilib.

Xatırladaq ki, qaliblər diplom və pul mükafatı ilə təltif olunub.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR