İnsanlara hürriyət, millətlərə istiqlal!

"Soyqırım baş verir" dedi və görün nə etdi - ŞOK

1313 02.11.2023 13:31 Dünya A A

 

Birləşmiş Millətlər Təşkilatının (BMT) İnsan Haqları üzrə Ali Komissarlığının Nyu-York Ofisinin direktoru Kreyq Mokhiber İsrailin Qəzzaya hücumlarından sonra BMT-nin təsirsiz olduğunu və uğursuzluğa düçar olduğunu bildirərək, istefasını BMT-nin İnsan Haqları üzrə Ali Komissarı Volker Türkə təqdim edib.

Musavat.com xəbər verir ki, Mokhiber Qəzzadakı hadisələrə biganə qala bilmədiyi üçün vəzifəsindən getdiyini açıqlayıb.

NTV-də yayımlanan xəbərə görə Mokhiber istefa məktubunda bunları yazıb:

"Gözümüzün önündə bir soyqırım baş verir və bizim BMT olaraq bunu dayandırmağa gücümüz yoxdur. Baş verənlər sözün əsl mənasında soyqırımdır. ABŞ, Böyük Britaniya və Avropanın böyük bir hissəsi bu dəhşətli hücumlara şərikdir. Bu hökumətlər yalnız Cenevrə Müqaviləsi öhdəliklərindən yayınmır, həm də İsrailə silah, kəşfiyyat məlumatları, siyasi və diplomatik dəstək verir".

Mokhiber məktubunda onu da bildirib ki, regionda iki dövlətli həll indi hətta BMT dəhlizlərində də zarafat mövzusuna çevrilib. O, vahid dövlət strukturunun yaradılmasını təklif edib:

"Xristianların, müsəlmanların və yəhudilərin bərabər hüquqlara sahib olduğu bütün tarixi Fələstin torpaqlarında vahid demokratik dünyəvi dövlətin qurulmasını dəstəkləməliyik. Bu səbəbdən bölgədə irqçi, köçkün-müstəmləkə layihəsinə və ayrı-seçkiliyə son qoyulmalıdır".

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR