İnsanlara hürriyət, millətlərə istiqlal!

Soydaşlarımız üçün AĞIR ŞƏRTLƏR işə düşə bilər

1530 12.04.2023 17:58 Region A A

Rusiya Dövlət Duması hərbi elektron çağırışlar haqqında qanun layihəsini qəbul edib.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, yeni qanun səfərbərlikdən yayınan şəxslər üçün ağır şərtlər gətirir.

Belə ki:

- Çağırış vərəqələri elektron qaydada - Dövlət Xidmətlərində şəxsi kabinet vasitəsilə göndəriləcək. Bundan dərhal sonra həmin bildiriş təhvil verilmiş hesab olunacaq.

- Çağırış vərəqəsini aldıqdan sonra çağırışçılara Rusiyadan çıxmaq qadağan edilir. Komissarlığa gəlmək üçün cəmi 20 gün vaxt verilir.

- Çağırışçı 20 gün ərzində gündəmə gəlməzsə, o zaman ona kredit və borc verilməsi, habelə fərdi sahibkarlığın, daşınmaz əmlakın və avtomobillərin qeydiyyatına alınması qadağan ediləcək. Üstəlik, çağırışçı nəqliyyat vasitəsini idarə etmək hüququnu da itirəcək. Qanun layihəsində bu tədbirlər “müvəqqəti” adlanır.

- Rusiya subyektlərinin hakimiyyət orqanları özləri əlavə “müvəqqəti tədbirlər” təyin edə biləcəklər. Məsələn, hərbi xidmətə çağırılmayan qulluqçular müavinət və digər ödənişlərlə bağlı məhdudiyyətlərə məruz qala bilərlər.

- Komissarlıqlar vətəndaşları hərbi komissarlığa şəxsən gəlmədən hərbi qeydiyyata ala biləcəklər. Bu, dövlət informasiya sistemlərindən “vətəndaşlar haqqında məlumat əsasında” həyata keçiriləcək.

Qeyd edək ki, Kreml Rusiyada səfərbərliyin başa çatdığını bəyan edib. Lakin ekspertlərin fikrincə, yeni qanun əslində gizli səfərbərliyin həyata keçirilmə üsulundan başqa bir şey deyil. Bu vaxta qədər Rusiya üçün Ukraynaya qarşı döyüşmək istəməyən soydaşlarımız yeni qaydalara görə doğma yurdlarına qayıtmamaq təhlükəsi ilə üzləşiblər.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR