İnsanlara hürriyət, millətlərə istiqlal!

“Sonuncu ukraynalı”dan əvvəl öz sonu gəlir - Conson istefa ərəfəsində

3511 07.05.2022 11:49 Gündəm A A

Yerli seçkilər hakim Mühafizəkarlar Partiyası və onun lideri üçün çox uğursuz olub...

Rusiya-Ukrayna müharibəsində ən fəal simalardan biri olan, Kiyevi “sonuncu ukraynalıyadək” vuruşmağa səsləyən Böyük Britaniyanın baş naziri Boris Conson istefa verə bilər.   

Məlumdur ki, Böyük Britaniyada yerli seçkilər keçirilib və tam açıqlanmayan nəticələr hakim Mühafizəkarlar Partiyası və onun lideri Boris Conson üçün çox uğursuz olub. Nəticələr hətta səslərin hesablanması davam edərkən məyusedici görünür. Boris Consonun partiyası ana müxalifət olan Leyboristlər Partiyasının və mərkəzçi qüvvələrin lehinə çoxlu mandatları artıq itiriblər. Tamamilə mümkündür ki, hər şey Consonun istefası ilə başa çata bilər, hakim dairələri bu ehtimalı  artıq nəzərdən keçirir.

c33ca623-2baa-38ef-819c-7000804e95fe_850.jpg (61 KB)

Son seçkilərdə diqqət çəkən məqamlardan biri  müxalif leyboristlərin Londonda üç mühüm şura olan Vestminster, Barnet və Vandsvortda yer alması olub. Eyni zamanda, Leyboristlər Vestminsterdə çoxluğu ələ keçiriblər, baxmayaraq ki, bu şura 1964-cü ildə qurulandan bəri həmişə mühafizəkarlar  tərəfindən idarə olunub.  Yerli seçkilərdə Yaşıllar və Liberal Demokratlar da Consona “diş göstərə”biliblər.  Onlar şəhər şuralarda daha çox yer qazanıblar. BBC-nin məlumatına görə,  mühafəzakarlar  Şotlandiyada və ola bilsin ki, Uelsdə də böyük səs itkisi ilə üzləşsizlər. 

Mühafizəkarlar seçkilərdə açıqlana nəticələrə görə, hələ ki, 121 yer itiriblər. Təhlilçilərə görə, hakimiyyətdə olan partiya leyboristlərin xeyrinə deyil, daha çox mərkəzçi qüvvələrin xeyrinə mövqe itirir. Beləliklə, İngiltərədə əvvəlkindən daha əhəmiyyətli mərkəzçi qüvvənin formalaşması ehtimalı var. Bu o deməkdir ki, Conson vaxtından əvvəl istefaya getməsə, 2024-cü il seçkilərindən sonra ölkənin siyasi mənzərəsi  ciddi şəkildə dəyişə bilər. 

boris-conson.jpg (45 KB)

 Qalmaqallar isə Boris Conson hökumətini bir-birinin ardınca izləyir. Partiyanın reytinqindəki eniş koronovirusla bağlı ölkədə lakdaun elan olunduğu vaxt iqamətgahında pizza qonaqlığı verdiyi üzə çıxandan sonra başlayıb. Daxili işlər naziri Priti Patelin baş nazirin iqamətgahı iş adamları hesabına təmir etmək  istəyi, həmçinin maliyyə naziri Rişi Sunakın arvadının İngiltərədə deyil, Hindistanda vergi ödəməsinin üzə çıxması  mühafizəkarların nüfuzunu ciddi zədələyib.

Son seçkilərin  nəticəsi olaraq  Consonun partiya lideri postunu tərk etməsi  gözlənilir. Belə olan halda, baş nazir kürsüsünə də başqası keçəcək, çünki partiya artıq Consonun simasında imic itkilərinə dözə bilməz. Britaniya mətbuatı aprelin sonunda yazmışdı ki, partiyada Consonun siyasətindən narazıların sayı son vaxtlar artıb.  

 Böyük Britaniyada yanacağın bahalaşması səbəbindən ərzağın qiymətləri 30% bahalaşıb. Britaniya supermarketlərində  bəzi malların defisiti müşahidə olunur. Bahalaşmaya baxmayaraq, bəzi tənqidçiləri baş nazirin sosial problemləri “Ukrayna müharibəsi arxasında gizlətməkdə” suçlayırlar. Bu həftə Boris Conson  Ali Radada videoformatda çıxış edib. Baş nazir Ukrayna xalqını cəsarətinə görə alqışlayıb.  O, çıxışında Böyük Britaniya hökumətinin 300 milyon funt sterlinq dəyərində yeni dəstək paketini elan edib. Bu arada məlum olub ki, Rusiya ilə danışıqları dayandırmağı Zelenskiyə Conson məsləhət bilibmiş.   

Orxan ƏLİYEV, 
Musavat.com  

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR