İnsanlara hürriyət, millətlərə istiqlal!

"Son illərdə millinin belə heyəti olmayıb" - Ağasəlim Mircavadov

4296 15.10.2023 17:15 İdman A A

Oktyabrın 13-də səfərdə Estoniyanı məğlub edən Azərbaycan millisi sabah Bakıda AÇ-2024-ün seçmə mərhələsinin növbəti oyununa çıxacaq.

Avstriya seçməsi ilə oyun ərəfəsində tanınmış məşqçi Ağasəlim Mircavadovla əlaqə saxlayıb qarşıdakı görüş barədə fikirlərini öyrəndik.

Musavat.com "Şöhrət" ordenli mütəxəssisin Fanat.Az-a açıqlamasını təqdim edir:

"Milli Estoniyaya ağıllı oyun sərgiləyərək qalib gəldi. Müdafiədə inamlı təsir bağışladıq. Əlbəttə, Estoniya Belçika və ya Avstriya deyil. Amma qələbə bizim üçün çox vacib idi. Bu qələbə yığmamız üçün psixoloji baxımdan da önəmlidir. Avstriya ilə matçda uğurun davamını gətirməyə çalışmalıyıq. Yığmanın çox yaxşı heyəti var. Son illərdə millinin belə heyəti olmayıb".

Qeyd edək ki, Azərbaycan - Avstriya qarşılaşması oktyabrın 16-da, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Matç 20:00-da başlayacaq.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR