İnsanlara hürriyət, millətlərə istiqlal!

Son erməni təxribatının pərdəarxası - VİDEO

2516 13.09.2022 22:25 Qarabağ xəbərləri A A

Son bir ay ərzində Ermənistan silahlı qüvvələrinin dövlət sərhədinin Laçın və Kəlbəcər istiqamətində təxribatları, ordumuzun həmin rayonların ərazisindəki mövqelərinin müxtəlif çaplı silahlardan atəşə tutulması halları intensivləşib.

Sentyabrın 12-də gecə saatlarında isə 10 noyabr bəyannaməsindən sonra Ermənistanın provakativ addımlarına qarşı ikinci genişmiqyaslı hərbi toqquşma baş verib. Düşmən sarsıdıcı cavab atəşi ilə susdurulsa da, Ermənistan götürdüyü öhdəliklərdən boyun qaçırmaqda israrlı görünür.

Sülh müqaviləsinin gündəmdə olduğu bir vaxtda, Ermənistanın hərbi-siyasi rəhbərliyi bu kimi addımlarla qəsdən regionda vəziyyəti gərginləşdirmək, sülh müqaviləsi üzrə danışıqların baş tutmasını pozmaq, üçtərəfli bəyanat üzrə öhdəliklərini yerinə yetirməmək məqsədi güdür. Bu isə təxribatların silsilə xarakter daşıyacağından xəbər verir.

Maraqlıdır, baş verənlərdən sonra sülh danışıqları aktuallağını itirə bilərmi?

Ətraflı BAKU.TV-nin süjetini təqdim edirik:

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR