İnsanlara hürriyət, millətlərə istiqlal!

SON DƏQİQƏ! Qarabağ erməniləri TƏLAŞ içində

1849 19.05.2023 13:46 Qarabağ xəbərləri A A

“Artur Tovmasyanın dünənki gözlənilməz bəyanatı Qarabağ erməniləri arasında yeni fırtına doğurub. Tovmasyan prezident Araik Arutyunyanı ya Müdafiə Komitəsi yaratmağa, Samvel Babayan və Ruben Vardanyanı ora daxil etməyə, ya da etimad referendumunda istefa verməyə çağırıb”.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə “Hraparak” qəzeti məlumat yayıb.

Qeyd olunur ki, Artur Tovmasyan adıçəkilən iki şəxsin bu komitəyə daxil olmaqdan imtina edəcəyini istisna etməyib. Xüsusilə revanşistlərə görə, belə bir komitə yaratmaqla Qarabağda rus sülhməramlılarının nəzarət etdiyi ərazilərdə hakimiyyətini elan etmiş oyuncaq, qondarma qurumda “rəsmi İrəvanın yürütdüyü siyasətə uyğun olaraq buradakı dövlət institutlarını yox etməyə” , “Qarabağ ermənilərini Azərbaycanın tərkibində icma statusuna gətirməyə” çalışanlar var. Məsələ burasındadır ki, Müdafiə Komitəsinin 90-cı illərin modeli üzrə formalaşdırılması hakimiyyətin bütün səlahiyyətlərinin bu struktura verilməsi anlamına gələcək. Həmin komitə bir gün Azərbaycanla danışıqlar aparılması haqqında qərar verə bilər.

Qəzetin yazdığına görə, bu proses Qarabağ ermənilərinin olan-qalan qondarma hakimiyyətlərinin də itirilməsinə gətirib çıxara bilər.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR