İnsanlara hürriyət, millətlərə istiqlal!

SON DƏQİQƏ! Misir tank və zirehli texnikaları...

1387 01.11.2023 15:25 Dünya A A

Misir Qəzza zolağı ilə sərhəddə yerləşən "Rəfah" keçid məntəqəsinin yaxınlığında onlarla tank və zirehli texnika yerləşdirib.

Musavat.com xəbər verir ki, bu barədə “The Times of Israel” yazıb.

"Misir İsrail və HƏMAS arasında gedən döyüşlər səbəbindən qaçqın axınından qorxur", - məlumatda deyilir. 

Nəşr sərhədin hələ də bağlı qaldığını bildirir. Belə ki, yalnız humanitar yardım aparan yük maşınları Qəzzaya daxil olur.

Xatırladaq ki, oktyabrın 7-də İsrailə kütləvi raket zərbəsi endirilib. Qəzza zolağına rəhbərlik edən radikal HƏMAS hərəkatı hücuma görə məsuliyyəti öz üzərinə götürüb. Buna cavab olaraq İsrail “Dəmir Qılınclar” əməliyyatına başlayıb. 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR