İnsanlara hürriyət, millətlərə istiqlal!

SON DƏQİQƏ! Kılıçdaroğluna BÖYÜK ŞOK - Böhran dərinləşir...

4229 22.05.2023 17:23 Dünya A A

Türkiyənin Demokratiya və İnkişaf Partiyasının (DEVA) sədri Ali Babacan Türkiyə prezident seçkilərinin ilk turu ilə bağlı qiymətləndirməsində CHP-liləri özündən çıxaracaq qədər qalmaqallı ifadələr işlədib.

Musavat.com xəbər verir ki, Babacan bildirib ki, onlar olmasaydı, CHP bu qədər səs toplaya bilməzdi.

"Söhbət 81 vilayət, 766 rayonda təşkilatı olan və hakimiyyət üçün görünməmiş hazırlıqlar aparan partiyadan gedir. İlk dəfədir ki, seçkilərdə iştirak edirik. Öncədən düşünmə, planlaşdırma var. Əvvəlki planlama bizim və CHP-nin bir yerdə olması idi. Gəlin nəticələrə baxaq. DEVA namizədlərinin olduğu əyalətlərdə cəmi +15 deputat formalaşdırılıb. Kahramanmaraşdakı namizədimiz seçkilərə 2-ci sıradan daxil olub. CHP-nin səsi yüzdə 6,8 artıb. CHP Qaziantepdə yüzdə 5 artdı. CHP 3 millət vəkili seçdi. Üçüncü bizim namizədimizdir. Namizədlərimizin olduğu bütün yerlərdə CHP-nin səslərində ciddi artım var. Biz olmasaydıq, bu qədər səs toplaya bilməzdilər" - o deyib.

DEVA Partiyasının sədr müavini İdris Şahin isə 14 may seçkilərindən əvvəl əldə etdikləri heç bir anketdə Kamal Kılıçdaroğlunun birinci turda qalib gəlmədiyini deyib:

“Prezident seçkilərinin birinci turda bitəcəyi ilə bağlı fikirlər var idi. Bu son dərəcə yanlış idi".

Qeyd edək ki, 5 il müddətinə fəaliyyət göstərəcək 28-ci dönəm parlament seçkilərində “Millət İttifaqı”nda Cümhuriyyət Xalq Partiyası, İYİ Partiya, Səadət Partiyası, Gələcək Partiyası, Demokrat Partiyası və Demokratiya və İnkişaf Partiyası (DEVA) təmsil olunub.

Seçki prosesi zamanı "yeddili koalisiya" masasından istədiyi dəstəyi ala bilməyən Kılıçdaroğlu qrupu bir arada saxlamaq üçün CHP-liləri hiddətləndirən güzəştlərə gedib. Belə ki, Kamal Kılıçdaroğlu 7 partiyalı koalisiyanın kiçik ortaqları Deva, Gələcək, Saadət və Demokrat Partiyasına verdiyi yerlərlə CHP millət vəkillərinin sayını "gülünc rəqəmlərə" endirib. Bu isə CHP üzvlərinin kəskin etirazına səbəb olub. 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR