İnsanlara hürriyət, millətlərə istiqlal!

Sərkisyan Ermənistandan QAÇDI, Paşinyandan QƏDDAR QƏRAR– bu gün saat 4-də... – CANLIda

1091 09.05.2024 13:23 Siyasət A A

Azərbaycanla sərhəd Kirants kəndindən keşiş Baqratın başçılığı ilə başlayan yürüş bu gün İrəvana çatmalıdır.

Yürüşün delimitasiyanın dayandırılması tələbə ilə İrəvanda böyük mitinqlə tamamlanması, mümkün olarsa, bunun genişlənməsi və Paşinyanın istefasına nail olmaq hədəflənir.

Məhz bu gün aydın olub ki, Ermənistanın 3-cü prezidenti, Xocalı qatili Serj Sərkisyan ölkədə deyil. Partiyasından verilən açıqlamada onun Almaniyaya “illik müayinə üçün” getdiyi bildirilib.
Erməni mediası isə məhz keşiş Baqratın rəhbərlik etdiyi aksiyada “qulaqlarının görünməməsi üçün” (ifadə erməni mediasına məxsusdur – red.) onun ölkədən qaçdığını yazır. Bu isə dolayısı ilə Baqratın yürüşünün artıq fiaskoya uğradığının təsdiqidir.

Bu və gündəmdəki bütün mövzuları bu gün saat 13.30-da aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində hərbi ekspert Ədalət Verdiyevlə müzakirə edəcəyik. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR