İnsanlara hürriyət, millətlərə istiqlal!

SON DƏQİQƏ! İsrail HHQ döyüşə hazır vəziyyətə gətirildi VİDEO

774 13.04.2024 23:44 Gündəm A A

"İsrail Hərbi Hava Qüvvələrinin müdafiə və hücum sistemləri hazır vəziyyətdədir. Bizim onlarla təyyarəmiz səmadadır və ABŞ ilə sıx koordinasiya halındayıq."

Musavat.com İsrail telegram kannalıran istinadən xəbər verir ki, bu sözləri jurnalistlərə İsrail Müdafiə Qüvvələrinin sözçüsü Daniel Haqari deyib.

O qeyd edib ki, İsrail ordusu son vəziyyəti təhili edib və İranın hücuma hazırlaşdığını təsdiqləyib:

“Biz strateji tərəfdaşlarımızla, ilk növbədə ABŞ-la vəziyyəti qiymətləndiririk və onlarla sıx koordinasiyadayıq”.

Xatırladaq ki, İsrail ordusu aprelin 1-də Suriyanın Dəməşq şəhərindəki İran konsulluğunun binasına hava hücumu həyata keçirib. Hadisə nəticəsində İran İnqilab Keşikçiləri Ordusunun (SEPAH) ikisi general olmaqla 7 üzvü həlak olub. Hücumdan sonra İran cavab addımı atacağına söz verib. İranın dini lideri Ayətullah Əli Xameneinin baş müşaviri Yəhya Rəhim Səfəvi deyib: “Sionist rejimin səfirlikləri artıq təhlükəsiz deyil”.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR