İnsanlara hürriyət, millətlərə istiqlal!

SON DƏQİQƏ! İsrail bazasına raket zərbəsi endirildi

1303 29.10.2023 18:21 Dünya A A

HƏMAS hərəkatının silahlı qanadı olan “İzzəddin əl-Qəssam” briqadaları İsrailin “Raim” bazasına raket zərbələri endirib.

Musavat.com xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə hərəkatın teleqram kanalında məlumat verilib.

Qeyd olunub ki, oktyabrın 28-də “Əl-Qəssam” İsrailin “Zikim” bazasına da raket zərbələri endirib.

Xatırladaq ki, oktyabrın 7-də İsrailə kütləvi raket zərbəsi endirilib. Qəzza zolağına rəhbərlik edən radikal HƏMAS hərəkatı hücuma görə məsuliyyəti öz üzərinə götürüb. Buna cavab olaraq İsrail “Dəmir Qılınclar” əməliyyatına başlayıb.

Oktyabrın 29-na keçən gecə İsrail Qəzza zolağında genişmiqyaslı quru əməliyyatına başladığını elan edib. Eyni zamanda, İsrail qoşunları Suriya və Livan ərazilərini atəşə tutub. İran isə İsraili qırmızı xətləri keçməkdə ittiham edib.

BMT Təhlükəsizlik Şurası İsrailin quru əməliyyatı ilə bağlı oktyabrın 30-na iclas təyin edib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR