İnsanlara hürriyət, millətlərə istiqlal!

SON DƏQİQƏ! İş adamı arvad-uşağının gözü önündə GÜLLƏLƏNDİ

2134 05.04.2024 22:54 Dünya A A

Rusiyanın Surqut şəhərində 44 yaşlı kişi arvadının və uşağının gözü qarşısında güllələnib.

Qətlin kişi və ailəsinin evlərinin yaxınlığında maşından düşərkən baş verdiyi deyilir. Qətlə yetirilən şəxsin sahibkar olduğu bildirilir.

Məlumata görə, cinayətkar girişdə gözləyib. O, maşının yanına qaçaraq beş dəfə atəş açıb və qaçıb. Arvad və uşaq xəsarət almayıb.

Hələlik atəş açan şəxsin kimliyi müəyyən edilməyib. Faktla bağlı "Qətl" maddəsi ilə cinayət işi başlanıb.//lent.az

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR