İnsanlara hürriyət, millətlərə istiqlal!

SON DƏQİQƏ! İrəvanda toqquşmalar - Deputat SAXLANILDI, 3 polis yaralandı VİDEO YENİLƏNİB

2266 31.05.2024 17:01 Son xəbər A A

Ermənistan Xarici İşlər Nazirliyinin binası yaxınlığında saxlanılan etirazçıların sayı 26 nəfərə çatıb.

Musavat.com xəbər verir ki, bu barədə Ermənistan Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, İrəvanda polislə etirazçılar arasında toqquşma zamanı 3 polis yaralanıb.

***

İrəvanda Xarici İşlər Nazirliyinin binası yaxınlığında polislə nümayişçilər arasında toqquşmalar başlayıb.

Musavat.com xəbər verir ki, bu barədə “Sputnik Armenia” məlumat yayıb.

Qeyd olunub ki, tərəflər bir-birinə butulka atırlar.

Yayılan son məlumatlara görə, hüquq-mühafizə orqanlarının əməkdaşları həbslərə başlayıb. Həbs olunanlar arasında “Ermənistan” (“Hayastan”) fraksiyasının deputatı Qarnik Danielyan da var.

@@TVmusavat/87226@@

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR