İnsanlara hürriyət, millətlərə istiqlal!

SON DƏQİQƏ! Ərdoğanla Putin arasında vacib telefon danışığı- Bu məsələ müzakirə edildi

1589 07.06.2023 17:47 Siyasət A A

 

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə telefonla danışıb.

Musavat.com Türkiyə mediasına istinadən xəbər verir ki, telefon danışığında prezidentlər  Ukraynadakı müharibə barəsində müzakirə aparıblar.

Ərdoğan Kaxovka su elektrik stansiyasının bəndində baş verən partlayışla bağlı qərəzsiz tədqiqat aparılmasının vacibliyini vurğulayıb.

Onun sözlərinə görə, rəsmi Ankara Rusiya və Ukraynadan, eləcə də beynəlxalq ictimaiyyətdən, o cümlədən BMT və Türkiyədən ekspertlərin daxil ola biləcəyi komissiyanın yaradılmasına töhfə verməyə hazırdır.

Ərdoğan həmçinin dünya ictimaiyyətinin “taxıl sazişi”nin müddətinin uzadılması məsələsinə xüsusi önəm verdiyini bildirib. O vurğulayıb ki, birgə səylərlə əldə edilmiş saziş qlobal ərzaq böhranının həllində mühüm rol oynayır.

Türkiyə Prezidenti rəsmi Ankaranın regionda ədalətli sülhün təmin olunması üçün səyləri davam etdirməyə hazır olduğunu vurğulayıb.

Onu da qeyd edək ki, Ərdoğanın bu gün Zelenski ilə də telefon danışığı olub. Türkiyə prezidenti Zelenski ilə Kaxovkadakı partlayışla bağlı danışıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR