İnsanlara hürriyət, millətlərə istiqlal!

SON DƏQİQƏ! Ərdoğanın Azərbaycana səfər proqramı AÇIQLANDI

7621 11.06.2023 18:53 Siyasət A A

Musavat.com-un əldə etdiyi bilgiyə görə, Türkiyə prezidenti səfəri çərçivəsində Gəncə şəhərində də olacaq.

***

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfər proqramı açıqlanıb.

Musavat.com “Report”a istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyası məlumat yayıb.

Məlumata görə, səfər çərçivəsində keçiriləcək görüşlərdə yeni dövrdə Türkiyə-Azərbaycan münasibətlərini yaxşılaşdıracaq digər əməkdaşlıq imkanları ilə yanaşı, cari beynəlxalq və regional hadisələrlə bağlı fikir mübadiləsinin aparılması nəzərdə tutulur.

Qeyd edək ki, Ərdoğan prezident seçildikdən sonra ilk səfərini iyunun 12-də Şimali Kipr Türk Respublikasına, iyunun 13-də isə Azərbaycana edəcək.

Bu, Türkiyədə dövlət ənənəsidir.

Ərdoğanın Şimali Kipr Türk Respublikasına səfəri zamanı ikitərəfli əlaqələrlə bağlı bütün sahələrdə atılacaq addımlar barədə fikir mübadiləsi aparılacaq.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR