İnsanlara hürriyət, millətlərə istiqlal!

SON DƏQİQƏ! Əməliyyatın 2-ci mərhələsi başladı: SİZİ GÖZLƏYİRİK!

3855 29.10.2023 08:30 Dünya A A

"Quru qoşunları dünən Qəzzaya girdi, ikinci mərhələ başladı".

Musavat.com xəbər verir ki, bu sözləri İsrailin Baş naziri Benyamin Netanyahu deyib.

O bildirib ki, Müharibə Kabineti yekdilliklə quru əməliyyatı ilə bağlı qərar qəbul edib: "HƏMAS-ı məhv edəcəyik. Onlar oktyabrın 7-də törətdikləri əməllərin əvəzini ödəyəcək".

Bu açıqlamadan əvvəl İsrail ordusu Qəzzanın şimalında olduqlarını və əməliyyata başlamaq üçün əmr gözlədiklərini bəyan etmişdi. 

HƏMAS-ın sözçüsü isə "İsrailin quru əməliyyatı barədə təhdidlərindən" qorxmadıqlarını bildirib: "Buna hazırlaşırdıq. Bunun üçün sizi gözləyirik".

Qeyd edək ki, İsrail ilə HƏMAS arasında qanlı toqquşma 23 gündür davam edir. 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR