İnsanlara hürriyət, millətlərə istiqlal!

SON DƏQİQƏ! Ehtiyatda olan məşhur polkovnik qəfil vəfat etdi - FOTO

2242 01.12.2023 14:22 Hadisə A A

Azərbaycan Silahlı Qüvvələrinin ehtiyatda olan polkovniki qəfil vəfat edib.

Manset.az-ın əldə etdiyi məlumata görə, polkovnik Tofiq Orucov bu gün səhər saatlarında ürəktutmasından dünyasını dəyişib. Hazırda mərhumun nəşi yaşadığı Laçın şəhərindən Bakıya gətirilir.

Qeyd edək ki, polkovnik Tofiq Orucov Silahlı Qüvvələrin tanınmış zabitlərindəndir. O, uzun illər ön cəbhədə xidmət edərək Xidmət rəisi vəzifəsinə qədər yüksəlib. Daha sonra isə ehtiyata buraxılıb.

Onu da xatırladaq ki, Tofiq Orucovun atası Miryusif Orucov və qardaşı Rafiq Orucov l Qarabağ müharibəsinin şəhidləridir.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR