İnsanlara hürriyət, millətlərə istiqlal!

SON DƏQİQƏ! Bakıda polislər bıçaqlandı

3181 06.05.2023 22:39 Kriminal A A

Bakının Xəzər rayonunda axtarışda olan şəxs 2 polisə xəsarət yetirib.

Musavat.com-un APA-ya istinadən xəbərinə görə, hadisə Şüvəlan qəsəbəsində baş verib.

Belə ki, axtarışda olan şəxs evinə gələn Xəzər Rayon Polis İdarəsinin Çevik Polis Alayının əməkdaşları - 1991-ci il təvəllüdlü Rəcəbov Yavər Mərdan oğlu və 1985-ci il təvəllüdlü Yolçuyev Xəzər Şakir oğluna bıçaq xəsarətləri yetirib. Bundan başqa, o, öz qohumu, 1966-cı il təvəllüdlü Ağayev Vidadi Hüseynağa oğluna da bıçaq xəsarəti yetirib. Yaralılar Sabunçu Tibb Mərkəzinə yerləşdirilib.

Fakt araşdırılır.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR