İnsanlara hürriyət, millətlərə istiqlal!

SON DƏQİQƏ! Avropa Ukrayna ilə bağlı SÖZÜNÜ TUTDU - Səfir İLGİNC DETALLARI açıqladı

1156 05.07.2024 14:47 Dünya A A

Üçüncü “Patriot” hava hücumundan müdafiə sistemi Almaniyadan Ukraynaya çatdırılıb.

Musavat.com UNIAN-a istinadən xəbər verir ki, bu barədə Almaniyanın Ukraynadakı səfiri Martin Yaqer məlumat verib.

"Almaniyadan üçüncü “Patriot” hava hücumundan müdafiə sistemi artıq Ukraynaya gəlib. Bu, ölkə əhalisinin və infrastrukturunun təyyarələrdən, dronlardan və raketlərdən müdafiəsini gücləndirəcək", - səfir deyib.

Diplomat bildirib ki, sistemin ekipajı son aylarda Almaniyada müvafiq təlimləri uğurla başa vurub.

Qeyd olunub ki, “Patriot” Ukraynanın müdafiə qabiliyyətini əhəmiyyətli dərəcədə gücləndirə bilən zenit-raket kompleksidir. “Patriot” ballistik və qanadlı raketləri, eləcə də təyyarələri vurmağa, şəhərləri və mühüm infrastrukturu qorumağa qadirdir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR