İnsanlara hürriyət, millətlərə istiqlal!

Son 100 ilin böyük lideri: Heydər Əliyev haqqında yeni kitab - “ƏVƏZSİZ LİDER’’ FOTO

1074 18.04.2023 17:53 Mədəniyyət A A

Zaman ötsə də, Azərbaycan xalqının Ulu öndəri Heydər Əliyevin irsinə maraq azalmır, əksinə, insanlar bu böyük şəxsiyyətin həyat və fəaliyyəti ilə daha yaxından tanış olmaq istəyirlər. Bunu “Heydər Əliyev İli” çərçivəsində aparılan araşdırmalar, işıq üzü görən nəşrlər də təsdiqləyir. Ümummilli liderimizin fəaliyyətindən bəhs edən “Əvəzsiz Lider” adlı daha bir kitab işıq üzü görüb.

Musavat.com xəbər verir ki, kitabın müəllifi Azərbaycan Respublikası Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Elmi Mədəni Mərkəzinin müavini, Yeni Azərbaycan Partiyasının (YAP) üzvü Vüqar Sərdarovdur. Arayış üçün deyək ki, Vüqar Sərdarov mərhum millət vəkili, əfsanəvi ‘’91-lər’’dən biri və YAP-ın qurucu üzvlərindən olan tarix elmləri doktoru Zakir Sərdarovun oğludur.

Yeni Azərbaycan Partiyasının fəallarından olan Vüqar Sərdarovun qələmə aldığı kitabı “Əvəzsiz Lider” adlandırması müəllifin Ulu öndərin həyat və fəaliyyətinə özünəməxsus baxışını və yanaşmasını ifadə edir.

Heydər Əliyevin bir neçə onillik ərzində və həm də müxtəlif ictimai-siyasi formasiyalarda, fərqli ideoloji çərçivələr daxilində Azərbaycana uğurla rəhbərlik etməsi, respublikanı daim inkişafa istiqamətləndirməsi lider şəxsiyyətin tarixdəki yeri və böyük rolu barədə konkret təsəvvür yaradır. Dünya ölkələrinin təcrübəsindən, keçdiyi yoldan da bəlli olduğu kimi, liderlər həmişə insanları yeni, mütərəqqi ideyalar ətrafında səfərbər ediblər, onları mübarizəyə ruhlandırıblar, bəzən tarixin axarını belə dəyişiblər, prosesləri cəmiyyətin sosial sifarişlərinə istiqamətləndiriblər. Heydər Əliyevin həm keçmiş sovet dönəmində, həm də müstəqillik illərində Azərbaycanın rəhbəri kimi fəaliyyəti də məhz bu kimi taleyüklü məqamlarla səciyyələnir.

Vüqar Sərdarov kitabda Heydər Əliyevin çoxşaxəli fəaliyyətini epoxalar üzrə təqdim edib. Ulu öndərin Azərbaycan naminə fədakar fəaliyyətinin iki mərhələsini fərqləndirə bilərik. Birinci mərhələ onun keçmiş sovet dönəmindəki fəaliyyətini əhatə edir. O dövr müəyyən ideoloji məhdudiyyətləri ilə səciyyələnirdi. Ancaq Heydər Əliyevin milli təəssübkeşliyi, uzaqgörənliyi və müdrikliyi ona bu məhdudiyyətləri aşmağa imkan verirdi. Zaman-zaman ölkələrin, xalqların tarixində elə hadisələr baş verir ki, onların milli mənafe baxımından önəmi getdikcə daha aydın dərk olunur. Keşməkeşli tarixə malik Azərbaycan üçün taleyüklü belə hadisələrdən biri 1969-cu ilin 14 iyulunda baş verdi. Həmin tarixdə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin növbəti plenumunda sonralar xalqımızın Ümummilli lideri saviyyəsinə yüksələn Heydər Əliyev Azərbaycan KP MK-nın birinci katibi seçilərək respublikanın rəhbəri oldu.

Təqdim olunan kitabda oxucuya Heydər Əliyevin idarəçilik fəlsəfəsinin milli mahiyyət daşıdığı və gələcəyə hesablandığı ideyası aşılanır. Heydər Əliyev keçmiş sovet dönəmində respublikamızda yeni milli intibahın əsasını qoyan əvəzsiz Liderdir. Kitabda Heydər Əliyevin Azərbaycan gənclərini keçmiş ittifaqın qabaqcıl ali məktəblərinə təhsil almağa göndərməsi, ədəbiyyatımıza, milli mədəniyyətimizə, milli-mənəvi dəyərlərimizin qorunmasına müstəsna qayğı göstərməsi, respublikanı sənaye inkişafına istiqamətləndirməsi, aqrar sektoru yeni yanaşmalar əsasında inkişaf etdirməsi kimi məqamlara diqqət çəkilib.

Heydər Əliyev bütün bunları Azərbaycanın sabahını düşünərək edirdi. Liderin təşəbbüsləri, fəallığı, sonradan keçmiş SSRİ kimi nəhəng bir dövlətin rəhbərliyində təmsil olunması hər bir azərbaycanlıda milli kimliyinə görə qürur hissi oyadırdı. Ulu öndər xalqımıza azərbaycançılıq ideologiyasının əsaslarını aşıladı. Məhz bu ideologiya ilə silahlanan və yüksək həmrəylik nümayiş etdirən azərbaycanlılar ötən əsrin 90-cı illərinin əvvəllərində müstəqillik uğrunda mübarizəyə qalxdılar, 2020-ci ildə Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Zəfərə imza ataraq ölkənin ərazi bütövlüyünü təmin etməyə nail oldular.

Vüqar Sərdarov taqdim etdiyi kitabında Heydər Əliyevin 1993-cü ilin yayında xalqın təkidli tələbi ilə ikinci dəfə Azərbaycanın siyasi rəhbərliyinə gəlməsinə də işıq salıb. Bu o dövr idi ki, respublikada vətəndaş qarşıdurması baş qaldırmışdı. Ermənistanın ölkəmizə qarşı işğalçılıq siyasəti genişlənirdi. İyirminci yüzillikdə ikinci dəfə qazandığımız müstəqilliyin yenidən əldən getməsi təhlükəsi tam real idi. Belə bir şəraitdə Heydər Əliyev xalqın ona bəslənən ümidlərinin qırılmasına imkan vermədi.

Müəllif Heydər Əliyevi qurtuluş tariximizin memarı kimi təqdim etməkdə tam haqlıdır. Məhz Heydər Əliyev aldığı müdrik qərarlarla respublikanı fəlakət burulğanından çıxarmağı və sabitliyə, inkişafa istiqamətləndirməyi bacardı.

Kitabın elmi redaktoru Milli Məclisin deputatı, akademik Rafael Hüseynov, ön sözün müəllifi isə Milli Məclisin İnsan Hüquqları Komitəsinin sədri, Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri Zahid Orucdur.

Musavat.com

WhatsApp Image 2023-04-18 at 17.38.52.jpeg (107 KB)

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR