İnsanlara hürriyət, millətlərə istiqlal!

Şoltsdan təcili açıqlama – “Çox ciddi məsələdir”

1116 02.03.2024 17:54 Dünya A A

Almaniya kansleri Olaf Şolts Bundesver zabitləri arasında Krım körpüsünə hücumu müzakirə edən söhbətin səs yazısı dərc edildikdən sonra açıqlama verib.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, yazı cümə günü Marqarita Simonyan tərəfindən dərc edilib. Almaniyada fəaliyyət göstərən DPA agentliyi qeydi orijinal adlandırıb və hərbçilərin konfrans üçün Cisco Webex xidmətindən istifadə etdiyini bildirdi.

Şolts bu gün Vatikana səfəri zamanı deyib: "Bu, çox ciddi məsələdir".

Agentliyin xəbərinə görə, kansler bildirib ki, bu, indi "çox hərtərəfli, intensiv və sürətlə araşdırılır".

DPA kansler Şoltsdan hadisənin xarici siyasətə zərərinin nə ola biləcəyini soruşub.

Öz növbəsində, Bundestaqın deputatı Sevim Dağdelen Almaniyanın müdafiə naziri Boris Pistoriusu alman zabitləri arasında Krım körpüsünə hücumla bağlı söhbətin audio yazısının nə dərəcədə həqiqətə uyğun olduğunu izah etməyə çağırıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR