İnsanlara hürriyət, millətlərə istiqlal!

ŞOK XƏBƏRDARLIQ! – Tezliklə Cənubi Qafqazda yeni MÜHARİBƏ başlaya bilər

2416 13.02.2024 13:38 Gündəm A A

“Ötən gün çox gərgin oldu və bu gecə də sərhədlərimizdə atəş səsləri eşidildi. Baş verən hərbi-siyasi təxribatın bir sıra detallarına toxunsaq, xüsusilə son dövrlər Ermənistan tərəfinin hərbi-texniki baxımdan təchiz edilməsi, ona siyasi dəstək göstərilməsi prosesi baş verir. Əvvəl əgər Ermənistana siyasi dəstək göstərilirdisə, artıq hərbi cəhətdən də Ermənistanın silahlandırılması regional sülhə və sabitliyə təhdid törədir”.

Bu fikirləri Musavat.com-a açıqlamasında politoloq İlyas Hüseynov deyib.

ilyas_huseynov_150320.jpg (33 KB)

Politoloq bildirib ki, baş verən insident birmənalı şəkildə sülh danışıqlarına kölgə salır:

“Sülhlə bağlı ehtimalları azaldır və eyni zamanda gərginliyin artırılmasına xidmət edir. Fransa və Hindistan istehsalı olan silahların Gürcüstan və İran vasitəsilə Ermənistana çatdırılması da bunu deməyə əsas verir ki, Ermənistan revanş götürmək niyyətindədir. Ermənistanın baş naziri Nikol Paşinyanın “Teleqraf” nəşrinə müsahibəsində də məhz aqressiv ritorika bunu deməyə əsas verir ki, bütün proseslər birbaşa Ermənistanın siyasi elitası tərəfindən həyata keçirilib. Digər tərəfdən, Avropa İttifaqının Ermənistanda yerləşən missiyası da bu təxribatların bir parçasına çevrilməkdədir. Yalnız Azərbaycan sərhədlərinə gələrək “binokl diplomatiyası”ndan istifadə edilməsi sülhə xidmət etmir. Aİ regiona gəldikdən, Ermənistan ərazisində yerləşdikdən sonra bəyan etdiyi sülh və təhlükəsizliklə bağlı məqsədlərə və mərama da zidd olaraq regional sülhü təhdid edən elementə çevrilməkdədir. Ermənistan Avropa İttifaqının bu “mülki missiyası”nın arxasında gizlənir, pərdələnir. Xüsusilə Aİ-nin “mülki missiyası”nın yerləşdiyi ərazidə snayperin peyda olması və mövqelərimizi atəşə tutması, 1 hərbçimizin yaralanması onu deməyə əsas verir ki, Avropa İttifaqının missiyası ya heç nəyi görmür, ya da elə birbaşa bu təxribatların əsas səbəbkarıdır”.

Politoloqun sözlərinə əsasən, bu gün Rusiya və İrana qarşı qlobal miqyasda da hərəkətlənmə güclənir:

“Cənubi Qafqazda hər hansısa eskalasiyanın baş verməsi sərhədlərə də yayılacaq və geniş coğrafiyada geosiyasi müharibə başlaya bilər. Bu baxımdan düşünürəm ki, sülhü təmin etmək üçün səylərin gücləndirilməsi lazımdır, lakin Fransa və ABŞ bu regionda yeni bir müharibə ocağı yaratmaqla öz imperialist maraqlarını təmin etmək niyyətindədir”.

Aytən Novruz
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR