Aparıcı Sevinc Telmanqızının təqdimatında TV Müsavat-ın canlı efirində "SƏHƏR XƏBƏR" verilişi təqdim olunub.
Musavat.com xəbər verir ki, Sevinc Telmanqızı Azərbaycan vətəndaşı Ağamir Əzimovun Ukraynada əsir düşməsindən danışıb.
Xəbər verdiyimiz kimi, Azərbaycan vətəndaşı Ağamir Əzimov Ukrayna müharibəsinə zorla göndərilib və Ukraynada əsir düşüb. Ağamir Əzimovun əsir düşməsini əks etdirən görüntüləri ailəsi Axar.az-a təqdim edib. Görüntülərdə solda yerdə uzanan Ağamir Əzimovdur, onun yanındakı, o cümlədən əsir götürülərkən fikizi işgəncələrə məruz qalan şəxsin kimliyi haqda məlumat yoxdur.
Digər görüntüdə isə A.Əzimov əsir düşən rus əsgərin Rusiya ordusuna müraciəti zamanı onun yanında dayanıb.