İnsanlara hürriyət, millətlərə istiqlal!

Şok DETALLAR: İntihar edən gənc komendantı da özü ilə atıbmış - VİDEO - YENİLƏNİB

6557 04.06.2024 17:28 Hadisə A A

Bakıda baş verən dəhşətli intiharla bağlı yeni faktlar məlum olub. 

Lent.az xəbər verir ki, hadisə baş verən binanın sakinlərinin sözlərinə görə, intihar edən 23 yaşlı Yaftum Orucov orada fəhlə işləyirmiş. Onun intihar etmək istədiyini görən komendant Namiq Məmiyev gənc oğlana mane olmağa çalışıb. Elə bu zaman komendant da intihar edən gənclə bir yerdə 16-cı mərtəbədən düşüb. 

Lakin bunlar bina sakinlərinin dedikləridir. Hadisənin dəqiq baş vermə şəraiti və səbəbləri istintaq araşdırmalarından sonra məlum olacaq. 

***

Bakıda intihar zamanı ölənlərin adları məlum olub.

Özünü binadan atan şəxs 23 yaşlı Orucov Yaftum Yaşar oğludur.

Komendant isə 52 yaşlı Məmiyev Namiq Abı oğludur.

***

Bakıda dəhşətli intihar hadisəsi olub.

Hadisə bir neçə dəqiqə əvvəl Nizami rayonu ərazisində “Siyaqut” şadlıq sarayının yaxınlığında qeydə alınıb.

Adı hələlik məlum olmayan gənc oğlan hündürmərtəbəli binanın 16-cı mərtəbəsində özünü atıb. Bu zaman o, həmin binadan çıxan bir nəfərin üzərinə düşüb. Onun komendant olduğu bildirilir.

Nəticədə binadan özünü atan gənc və komendant yerindəcə keçiniblər./Lent.az

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR