İnsanlara hürriyət, millətlərə istiqlal!

Slovakiyanın Baş naziri xəstəxanaya yerləşdirilib

806 31.05.2024 02:31 Dünya A A

Mayın 15-də sui-qəsd cəhdi nəticəsində ağır yaralanan Slovakiyanın Baş naziri Robert Fitso Bansk-Bistris şəhərindən (Mərkəzi Slovakiya) xəstəxanasından Bratislavaya aparılıb.

"Report" xəbər verir ki, bu barədə "Markiza" telekanalı məlumat yayıb.

Məlumata görə, Fitso Bratislavadakı Müqəddəs Maykl xəstəxanasına yerləşdirilib.

Ruzvelt Klinikasının direktoru Miriam Lapunikova bildirib ki, Baş nazirin vəziyyəti getdikcə yaxşılaşır: "İnanırıq ki, onun səhhəti bundan sonra yaxşılaşacaq və sağalma prosesi sürətlə gedəcək".

Qeyd edək ki, Baş nazirə qarşı sui-qəsd cəhdi mayın 15-də olub. R.Fitso ictimaiyyət arasında çıxdıqdan sonra ona atəş açılıb. O, sinə və qarın nahiyələrindən çoxsaylı xəsarətlər alıb. Daxili İşlər Nazirliyinin məlumatına görə, atəş açanın motivi siyasi olub. Slovakiya KİV-i qeyd edib ki, Baş nazirinin həyatına sui-qəsd cəhdi 71 yaşlı yazıçı Yuray Tsintula tərəfindən edilib. Həmin şəxs polis tərəfindən tutulub.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR