İnsanlara hürriyət, millətlərə istiqlal!

Siyavuş Novruzov Heydər Əliyevin hakimiyyətə qayıdışından danışdı

373 09.06.2023 11:33 Siyasət A A

Milli Məclisin növbədənkənar sessiyasının növbəti iclası Sahibə Qafarovanın sədrliyi ilə keçirilir.

Musavat.com-un xəbərinə görə, komitə sədri Siyavuş Novruzov bildirib ki, iyunun 9-u Ümummilli lider Heydər Əliyevin Azərbaycana qayıdış günüdür.

O qeyd edib ki, Heydər Əliyev 30 il əvvəl Naxçıvan Muxtar Respublikasından hakimiyyətə qayıtmaqla xalqı böyük fəlakətlərdən xilas etdi.

Siyavuş Novruzov əlavə edib ki, bu gün Prezident İlham Əliyevin rəhbərliyi altında islahatlar davam edir: “Azərbaycan inkişaf etmiş Avropa ölkələri ilə rəqabətdədir. Bütün bunlar Ümummilli liderin Azərbaycan xalqı qarşısında xidmətlərinin nəticəsidir”.

E.Paşasoy,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR