İnsanlara hürriyət, millətlərə istiqlal!

Siyavuş Novruzov: “3-4 toyuq oğrusunun əfvə düşməməsinə görə hay-küy salırlar”

802 12.05.2023 12:01 Son xəbər A A

Komitə sədri Siyavuş Novruzov parlamentin iclasındakı çıxışında Prezidentin sonuncu əfv sərəncamından danışdı. Deputat bildirdi ki, 800-dən çox məhkuma şamil olunan sərəncam çoxsaylı ailələrə sevinc bəxş edib.

Komitə sədri dövlət başçısının bu addımına da kölgə salmağa çalışanların olduğunu söylədi: “Bəzi bloggerlər, partiyalar, təşkilatlar Prezidentin əfv sərəncamına kölgə salmağa çalışır. AXC-Musavat və Milli Şura kimi təşkilatlar 3-4 toyuq oğrusunun əfvə düşməməsinə görə hay-küy salırlar”.

S.Novruzov onu da qeyd etdi ki, rüşvətə görə həbs olunanlar da bu gün azadlığa çıxandan sonra əfv sərəncamına kölgə salır: “Onlar niyyətini biz yaxşı bilirik. Amma buna baxmayaraq atılan bu humanist addım yüksək diqqətə və qiymətə layiqdir”.

E.Paşasoy,

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR