İnsanlara hürriyət, millətlərə istiqlal!

“Siyasi laqeydlik ermənilərin hakim əhval-ruhiyyəsinə çevrilir”

497 23.02.2024 17:09 Region A A

“Son bir neçə ildə Ermənistanın əsas daxili siyasi problemi vətəndaşların mütləq əksəriyyətinin indiki siyasi qüvvələrə etibar etməməsidir. Bunu həm sosioloji tədqiqatların nəticələri, həm də seçki prosesləri sübut edir. Belə ki, 2023-cü ilin sentyabrında İrəvanda keçirilən son seçkilərdə seçicilərin cəmi 28%-i iştirak edib”.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə yerli politoloq Andranik Ovannisyan teleqram kanalında yazıb.

“Bu, aşkar faktdır, bunun nəticəsində biz Ermənistan sakinlərinin dövlət üçün fundamental əhəmiyyət kəsb edən siyasi proseslərə, o cümlədən hakimiyyətin niyyətinə uzun sürən laqeydliyinin və total biganəliyinin şahidi oluruq”, - deyə Ovannisyan qeyd edib.

Erməni revanşist politoloq yeni konstitusiyanı Ermənistanın milli maraqlarına zidd hesab etdiyini bildirib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR