İnsanlara hürriyət, millətlərə istiqlal!

Sirr çözüldü: İsrail kəşfiyyatı bu səbəbdən HƏMAS-ın hücumunun qarşısını almayıb

4706 13.10.2023 13:55 Gündəm A A

Oktyabrın 7-də HƏMAS-ın İsrailə qəfil hücumu ilə yenidən alovlanan döyüşlər davam edir. İsraillə arasında daim gərginlik yaşanan HƏMAS Qəzza zolağına nəzarət edən fələstinli islamçı silahlı qrupdur. HƏMAS İsraili məhv etməyə and içib və 2007-ci ildə Qəzzada hakimiyyəti ələ keçirdikdən sonra İsraillə bir neçə müharibə aparıb. 2007-ci ildən bəri təhlükəsizliyi üçün Misirlə birlikdə Qəzza zolağını mühasirəsəyə alıb.

Bütövlükdə HƏMAS və ya bəzi hallarda onun hərbi qanadı İsrail, ABŞ, Avropa İttifaqı və Böyük Britaniya, eləcə də digər güclər tərəfindən terror qruplaşması kimi tanınır. HƏMAS-ı maliyyələşdirən, silah və təlim verən İrandır.

İndiyədək döyüşlər nəticəsində İsraildə 1300, Qəzzada isə 1400-dən çox insan həyatını itirib, minlərlə yaralı var.

BMT-nin bu günə olan məlumatına görə, İsrail 1,1 milyon insanın Qəzzanı tərk etməsini istəyib.

İsrailin baş naziri Benyamin Netanyahu ölkəsinin fövqəladə hökumətinin ilk iclasından sonra HƏMAS-ın hər bir üzvünün “ölü adam” olduğunu deyib.

isra12.JPG (134 KB)

İki gün əvvəl İsrail HƏMAS-a qarşı müharibəyə rəhbərlik etmək üçün müxalifdən olan Benny Gantzın da daxil olduğu "müharibə kabinetini" yaradıb. İsrail müdafiə naziri Yoav Gallant "HƏMAS adlı bu şeyi yer üzündən siləcəyinə" söz verib.

İsrail Qəzza sərhədi yaxınlığında 300.000 ehtiyat əsgər toplayıb. ABŞ İsrail, BMT və Misirlə Qəzzaya yardıma icazə verilməsi və bəzi sakinlərin ərazidən təhlükəsiz çıxışının təmin edilməsi ilə bağlı danışıqlar aparır.

İsrail Baş Təhlükəsizlik Xidməti  HƏMAS qruplaşması üzvlərinin hucumundan bir neçə saat əvvəl  xəbər tutsalar da, hazırlanan hərbi əməliyyatı təlim hesab edərək heç bir tədbir görməyiblər. Bu barədə “Times of Israel” qəzeti məlumat yayıb.

isra.JPG (175 KB)

"Yüksək rütbəli hərbçilər və kəşfiyyat  HƏMAS-ın hücumundan bir neçə saat əvvəl İsrail Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Herzi Halevi də daxil olmaqla telefon danışıqları aparıblar. Onlar Qəzzadakı hərəkətlərin çox güman ki, təlim olduğu qənaətinə gəliblər və müzakirələri səhər saatlarında davam etdirmək qərarına gəliblər” deyə, nəşr iddia edib. Jurnalistlər İsrailin baş naziri Binyamin Netanyahunun sözlərindən belə nəticəyə gəliblər ki, bu barədə ona məlumat verilməyib. Artıq səhər saatlarında HƏMAS-ın ölkənin cənubunda  hücumu başlayandan sonra baş nazirə məlumat verilib və o, dərhal Təl-Əvivdəki hərbi qərargaha gedərək təhlükəsizlik kabinetini toplayıb.

Orxan ƏLİYEV,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR