İnsanlara hürriyət, millətlərə istiqlal!

Sifariş edilən mahnını oxumadığı üçün öldürülən müğənninin ölüm anı - VİDEO

2363 12.03.2023 21:47 Gündəm A A

 

Ötən il oktyabr ayının 3-də Türkiyənin tanınmış musiqiçisi Onur Şener səhnəyə çıxdığı gecə klubunda öldürülməsi barədə xəbər vermişdik.

Musavat.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, məşhur müğənninin öldürülməsi ilə bağlı yeni görüntülər ortaya çıxıb. 

Ankara 31-ci Ağır Cəza Məhkəməsində müttəhimlərin məhkəməsi davam edərkən, hadisənin ilk görüntüləri aylar sonra ortaya çıxıb. Əyləncə məkanının qarşısında baş verən davadan dərhal sonra mobil telefon kamerası ilə çəkilən görüntü iş materiallarına sübut kimi daxil edilib. Sevgilisi Pelin T.-nin müdaxilə edərək qanlar içində yerdə uzanan Onur Şenerə süni tənəffüs verməyə çalışdığı görülüb. Videoda Şenerin dostlarının qışqırıq səsləri də eşidilib.

Qeyd edək ki, Ankaranın Çankaya rayonundakı gecə klublarından birində üç nəfər Onur Şenerdən adını verdikləri mahnını ifa etməsini istəyib. Musiqiçi həmin mahnını bilmədiyini dediyi üçün mübahisə başlanıb, onlar butulkaları qıraraq səhnəyə atıblar. Şüşə qırıqları sənətçinin boynuna batıb və onun şah damarı kəsilib.

Xəstəxanaya aparılan ifaçının həyatını xilas etmək mümkün olmayıb.
 
Faktla əlaqədar 5 nəfər nəzarətə götürülüb. Daha sonra onlardan 2-si sərbəst buraxılsa da, 3-ü həbs edilib.


Musavat.com 
 
'İstek parça' cinayetinde öldürülen müzisyenin yaralı haldeki görüntüsü dava dosyasında
 
'İstek parça' cinayetinde öldürülen müzisyenin yaralı haldeki görüntüsü dava dosyasında
'İstek parça' cinayetinde öldürülen müzisyenin yaralı haldeki görüntüsü dava dosyasında
'İstek parça' cinayetinde öldürülen müzisyenin yaralı haldeki görüntüsü dava dosyasında

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR