İnsanlara hürriyət, millətlərə istiqlal!

Sezen Aksu azərbaycanlı pərəstişkarını məhkəməyə verdi

814 08.07.2023 02:33 Şou-biznes A A

Məşhur türkiyəli müğənni Sezen Aksu azərbaycanlı pərəstişkarını məhkəməyə verib.

Pərəstişkarı müğənnini qorxudub.

Belə ki, gecə saatlarında Sezen Aksunun Beykozda yerləşən dənizkənarı malikanəsində qapının zəngi çalınıb. Qapını açan mühafizəçi qarşısında 47 yaşlı Azərbaycan əsilli qadını görüb. “Sezen xanımla görüşmək istəyirəm”, - deyə qadın bildirib. Mühafizəçi saatın gec olduğunu deyib və ona icazə verməyib. Qadın mühafizəçini itələyərək evin həyətinə daxil olub. “Sizi öldürərəm. Rədd ol, get. Sezen xanımı öldürməkmi istəyirsiniz? Burada onu həbsdə saxlayırsınız. Heç kimlə görüşməsinə imkan vermirsiniz”, - deyə qadın təhdid edib. Hadisənin şahidi olan mühafizəçi qadına qarşı şikayət ərizəsi verib.

Həmçinin qadından şikayətçi olan Sezen Aksu da bununla bağlı ifadə verib. “Bu şəxs mart, may, iyul və oktyabr aylarında 4 dəfə evimə gəlib, qapını güclə açıb, təhlükəsizliyimə təhdid yaradıb və təhqir edərək məni narahat edib. 2022-ci ilin oktyabrında o, içəriyə daxil olmağa cəhd edib. Bir dəfə evimin estakadasına yaxınlaşaraq körpüyə ziyan vuracaq şəkildə dağıntılara səbəb olub. Lakin o zaman pərəstişkarım hesab etdiyim üçün şikayət etməmişdim. Bu mərhələdə narahatlıq səviyyəsi artdığı üçün şikayətçiyəm”, - deyə o, ifadəsində qeyd edib.//Oxu.az

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR