İnsanlara hürriyət, millətlərə istiqlal!

Səyyahların Laçına səfəri başlayıb

898 05.02.2023 13:35 Qarabağ xəbərləri A A

Beynəlxalq səyyahlar qrupunun Laçına səfəri başlayıb.

Musavat.com xəbər verir ki, Füzuli-Xocavənd-Şuşa-Kəlbəcər-Laçın-Zəngilan-Cəbrayıl-Ağdam marşrutu üzrə hərəkət edən səyyahların növbəti dayanacağı Laçın olub.

30 nəfərlik heyətə 12 ölkənin - ABŞ, Böyük Britaniya, İrlandiya, Belçika, Almaniya, Fransa, Danimarka, Niderland, İtaliya, İspaniya, Braziliya və Rusiyanın tanınmış səyyahları daxildir.

Səfər zamanı səyyahlar Laçın şəhərində aparılan tikinti quruculuq işləri ilə tanış olacaqlar. Həmçinin işğal dönəmində dağıdılan evlər və abidələr barədə onlara məlumat veriləcək.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR