İnsanlara hürriyət, millətlərə istiqlal!

Şeyx Əbdül: “Elxan Qasımov bu gün gözlərini açıb, amma... “

1645 15.05.2023 12:10 Sosial A A

“Bu gün mənim 79 yaşım tamam oldu, artıq 80 yaşıma keçdim. Bütün televiziyalar bu münasibətlə böyük verilişlər planlaşdırmışdılar. Amma mən bütün bu ad günü tədbirlərini təxirə salmışam, bu haqda heç düşünmürəm. Çünki mənim ən yaxın, 65 illik dostum, canım-ciyərim Elxan Qasımov ölüm ayağındadır. Bu, mənim əxlaqıma sığmaz ki, dostum bu cür ağır vəziyyətdədir, mən isə özümə ad günü keçirim”.

Bu sözləri Xalq artisti, tanımış kinorejissor-aktyor Şeyx Əbdül Mahmudov Musavat.com-a açıqlamasında deyib. Xalq artisti Elxan Qasımovun vəziyyətində nisbətən irəliləyiş olduğunu deyib:

“Srağagün yanına getmişdim, heç bir həyat əlaməti yox idi. Bu gün isə mənə dedilər ki, Elxan Qasımov gözlərini açıb, cüzi də olsa tərpənib.

Amma o qədər faciəli xəstəliklər keçirib ki, onun beynində fəsadlar qala, iflic ola bilər. Gecə-gündüz dualar edirik ki, sağalsın... Yəni vəziyyəti çox ağırdır, iki böyrəyi, ciyəri fəaliyyət göstərmir, ürək aparatla işləyir və sairə”.

Xatırladaq ki, bir neçə gün öncə xəstəxanaya yerləşdirilən Əməkdar artist Elxan Qasımov mayın 9-da əməliyyat olunub. Elxan Qasımova orta anevrizmasının partlaması diaqnozu qoyulub. O, hazırda özəl xəstəxanaların birində reanimasiyadadır.

Xalidə Gəray
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR