İnsanlara hürriyət, millətlərə istiqlal!

“Şeytan yuvası”ndan Ermənistana daha iki gizli yol varmış - tədbirimiz nə olacaq?

7143 17.01.2023 12:24 Siyasət A A

Biri at-araba yolu olmuş Xocalının Kosalar kəndinin arxa tərəfindən, palçıq olmayan daş yol isə Kərkicahana çıxır; “Ermənistana getmək üçün yalnız...” - hərbi ekspert

Laçın-Xankəndi yolunda ekofəallarımızın etiraz aksiyası 37-ci gündür davam edir. Artıq ilkin müsbət nəticələr də var. Onlardan biri də “Şeytan yuvası”nda separatçı-quldurlar ətrafında mühasirənin daha da daralması və “kürklərinə” əməllicə birə düşməsidir. İndi onlar aradan çıxmaq haqda düşünürlər.

Eyni zamanda Ermənistana hansısa alternativ yollar axtarırlar. “Yeni Müsavat” xəbər verir ki, ehtiyatda olan polkovnik Azay Kərimov Xankəndidən Laçın istiqamətinə əsas yoldan əlavə, daha 2 yol olduğunu deyib. Birinci Qarabağ müharibəsində Malıbəylidə könüllü tabor komandiri, Şuşada kəşfiyyat rəisi olan Azay Kərimov bu səbəbdən həmin gizli yollara bələd olduğunu bildirib: “Biri ilə Xocalının Kosalar kəndinin arxa tərəfindən Qırxqız dağının, Meşəli kəndinin yanından keçib Laçının Arduclu kəndinə çıxmaq olur. Bu, keçmişdən qalan at-araba yolu idi. Digər asfalt olmasa da, sanki təbiətin özünün yaratdığı, qışda-yazda palçıq olmayan daş avtomobil yolu isə Xankəndidən əvvəlcə Kərkicahan kəndinə çıxır, 1 km-dən sonra Xəlifəli, sonra isə Şırlan kəndi gəlir. Şirlan kəndindən çıxan kimi isə yolayrıcı var. Biri sağa - Laçının Arduşlu kəndinə, oradan da Laçına çıxır. Sol tərəfə burulanda isə təxminən 1 km-dən sonra Laçının Fingə kəndinin yaxınlığına, oradan da təxminən 500 metrdən sonra Xankəndi-Şuşa-Laçın yoluna, yəni Şuşanın Turşsu qəsəbəsinin alt hissəsinə - asfalt yola çıxmaq mümkündür. Bu marşrut isə heç bir maneə olmadan Şuşanın Onverst, Kiçik və Böyük Qaladərəsi kəndlərindən keçən yeni çəkilmiş alternativ yolla düz İrəvana kimi gedir”.

Malıbəyli qəhrəmanı Azay Kərimov: "Səfər Əbiyev Azərbaycanın ən vətənpərvər  insanlarını ordudan iyrəndirdi, didərgin saldı." » Teref.az

 Azay Kərimov

A.Kərimovun dediyinə görə, Şuşa-Laçın-Gorus yoluna birləşən həmin ərazi hazırda ekoloji etirazçıların dayandıqları yerdən 60 km arxadadır: “Adlarını çəkdiyim kəndlərin hamısı Azərbaycan kəndləridir və oralarda hələlik heç kim yaşamır. Və həmin ərazidən keçən yollara nə Azərbaycan Ordusu, nə də sülhməramlılar ciddi nəzarət edə bilir. Rus hərbçilər görsələr də, buna göz yummaları mümkündür”. A.Kərimovun iddiasına görə, separatçıların rəhbərləri aksiyaçılarımızın görə bilmədiyi arxa ərazidən keçərək Xankəndidən İrəvana və əksinə, bu yolla gedib-gəlirlər: “Bu yolla uzun ölçülü TIR tipli maşınlar hərəkət edə bilməsə də, KamAZ, "Ural", ZİL maşınlar üçün daha uyğundur. UAZ və CİP, “Niva” tipli maşınlar isə yetərincə sürətlə hərəkət edə bilərlər. Və əlbəttə, ciddi ehtiyac olanda həmin yolla Xankəndinə silah - sursat da, canlı qüvvə də, yaxud mitinqdə iştirak etmək üçün Vardanyanın sponsorluğuyla Ermənistandan bir neçə günə minlərlə erməni də daşıya bilərlər". Qeyd edək ki, R.Vardanyan az öncə Qarabağdan Ermənistana “alternativ yol”un olduğunu və bu yolla ərzaq, benzin gətirildiyini bildirmişdi. Bəs həmin cığırlara gerçəkdənmi Azərbaycan Ordusunun nəzarət imkanı yoxdur? Bəs PUA-lar?

TEKNOFEST"in Azərbaycanda keçirilməsi analoji şirkətlərin ölkəyə axınını  sürətləndirəcək - FOTO/VİDEO » BAYRAQDAR MEDİA

Ramil Məmmədli 

Hərbi ekspert Ramil Məmmədli “Yeni Müsavat”a qeyd etdi ki, Azərbaycan Ordusunun həmin yollara nəzarət imkanı yoxdur. Onun sözlərinə görə, istənilən halda Qarabağın dağlıq ərazisindən gedən yollar Laçın ərazisindən keçir: “Ermənilər Qarabağ ərazisində hərəkət edə bilərlər, amma Ermənistana getmək üçün yalnız Laçın və Kəlbəcərin yolunu keçməlisən. Ona görə həmin yollara nəzarət qoymağa ehtiyac yoxdur. Əgər Azərbaycan Kərkicahan yolunu nəzarətə götürmək istəsə, hərbi əməliyyat keçirməli olacaq. İndiki halda hərbi əməliyyatlar gündəmdə deyil. Çünki ermənilərə humanitar yardım faktını kölgədə qoymuş olarıq”.

Hərbi ekspert Ədalət Verdiyevin sözlərinə görə, Qarabağla Ermənistan arasında bizə məlum olmayan marşrutla və ya Rusiya sülhməramlılarının himayəsi altında hərəkətlilik mövcuddur. “Onlar üçün açıq yol var və hansısa şəkildə bu yoldan istifadə edirlər. Güc strukturlarımız tərəfindən qeyri-qanuni fəaliyyətin qarşısı alınmalı və bütün yolların Azərbaycanla razılaşdırılmış şəkildə işləməsinə nail olunmalıdır”.

Emil SALAMOĞLU,
“Yeni Müsavat”

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR