İnsanlara hürriyət, millətlərə istiqlal!

Şevçenkonun şeirinə görə 18 yaşlı qızı həbs etdilər FOTO

1018 26.02.2024 14:29 Region A A

Sankt-Peterburqda 18 yaşlı Daria Kozıreva ukraynalı şair Taras Şevçenkonun abidəsinin postamentinə onun şeirindən bir parça olan plakat yapışdırdıqdan sonra saxlanılıb.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, Kozırevaya qarşı Rusiya ordusunun dəfələrlə gözdən salınması maddəsi ilə cinayət işi açılıb, məhkəmə onun barəsində həbs qətimkan tədbiri seçib.

Gənc qız fevralın 24-də, Rusiyanın Ukraynaya qarşı başlatdığı təcavüzkar müharibənin ildönümündə saxlanılıb. O, Şevçenko abidəsinin üzərinə şairin “Vəsiyyət” poemasından bir parça olan plakat yerləşdirib.

Həmin şeirin tərcüməsi təxminən belədir:

Dəfn edin və qalxın,

Zəncirləri qırın.

Pis düşmən qanıyla

İradə göstərin.

Maraqlıdır ki, həmin şeir Şevçenkonun ən məşhur əsərlərindən biri sayılır və Sovet dövründə məktəb proqramına daxil edilib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR