İnsanlara hürriyət, millətlərə istiqlal!

Səudiyyə Ərəbistanı Cənubi Koreyadan 3,2 milyard dollarlıq ZRK alır

533 07.02.2024 00:03 İqtisadiyyat A A

Cənubi Koreyanın LIG Nex1 müdafiə şirkəti Səudiyyə Ərəbistanına 3,2 milyard dollara M-SAM II zenit-raket kompleksləri tədarük edəcək.

Musavat.com xəbər verir ki, bu barədə Yonhap Agentliyi Koreya Respublikasının Müdafiə Nazirliyinə istinadən məlumat yayıb.

Məlumatda qeyd olunur ki, Səudiyyə Ərəbistanının Müdafiə Nazirliyi ilə müqavilə noyabrda imzalanıb. Razılaşmanın təfərrüatları müdafiə nazirləri arasında fevralın 4-də Ər-Riyadda keçirilən danışıqlardan sonra dərc edilib. Yonhap Agentliyi bildirir ki, M-SAM II raketləri 40 km-ə qədər yüksəklikdə tutmağa qadirdir.

LIG Nex1 bu sistemləri təchiz etmək üçün 2022-ci ilin yanvarında BƏƏ ilə müqavilə bağlayıb. Koreya Respublikasının müdafiə naziri Şin Von-Şikin Səudiyyə Ərəbistanına səfəri zamanı hərbi-sənaye kompleksi və silahların birgə inkişafı sahəsində anlaşma memorandumu imzalanıb.

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR