İnsanlara hürriyət, millətlərə istiqlal!

"Şərurlu İsfəndiyar"a 1 milyon "atan" komendant məhkəmə qarşısına çıxarılır

905 14.04.2023 17:54 Kriminal A A

Tikinti maqnatı İsfəndiyar Axundovun sahibi olduğu "Şərur" MTK-ya qarşı dələduzluqda ittiham olunan Rəşad Həsənovun cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.

Musavat.com xəbər verir ki, cinayət işi üzrə materiallar baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Novruz Kərimovun icraatına verilib və məhkəmənin hazırlıq iclası aprelin 26-na təyin edilib.

Qeyd edək ki, Rəşad Həsənov "Şərur" MTK-da komendant işləyib. O, bir neçə mənzili eyni adama satmaqda və İsfəndiyar Axundovun külli miqdarda pulunu mənimsəməkdə təqsirli bilinib.

Cinayət işi üzrə İsfəndiyar Axundov və "Şərur" MTK zərərçəkmiş qismində tanınıb. Bundan başqa, iş üzrə 20-yə yaxın zərərçəkən və 1 milyon manata yaxın zərər var. Rəşad Həsənovun barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi (külli miqdarda ziyan vurmaqla dələduzluq törətmək) ilə ittiham elan edilib. O, ittiham üzrə özünü təqsirli bilmir.

E.Məmmədəliyev,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR