İnsanlara hürriyət, millətlərə istiqlal!

Şərif Ağayar: "Xankəndini terrorçulardan belə təmizləyəcəyik"

1381 26.08.2022 15:27 Qarabağ xəbərləri A A

"Bizim kəndimiz Kəlbəcərə tərəfdir, Dəlidağ istiqamətində, Laçın şəhərindən 60 km şimalda yerləşir. Sus və Zabuxun azad olunması, dəhlizin alternativ yola keçməsi mənə görə, çox böyük tarixi əhəmiyyətə malik bir hadisədir. Laçın və Şuşanın azad olunması, həmin yola nəzarət olunması Xankəndinin terrorçulardan təmizlənməsinə şərait yaradır. Bu həm də Şuşanın azadlığının təhlükəsizliyinə zəmanət verir. Çünki Laçınla Şuşa elə bir yerdə yerləşir ki, biri nəzarətimizdə olmasa, digərini nəzarətdə saxlamaq bizim üçün çox çətin olar". 

Bunu Musavat.com-a yazıçı Şərif Ağayar deyib.

"Qarabağda yaşayan ermənilərlə Ermənistanın ən yaxın sərhədi məhz Laçın şəhəri olan ərazidən keçir, yəni indiki alternativ yol olan ərazidədir. Ona görə də bizim orda güclənməyimiz və Laçın şəhərinin bir yaşayış məntəqəsi kimi istər sülhməramlılardan, istərsə də dinc ermənilərdən təmizlənməsi bir uğur kimi qiymətləndirilməlidir. Mən arzu edirəm ki, bu ədalət təşəbbüsləri davam etsin. Bu prosesin müharibəsiz baş tutmasını bir qələm əhli kimi xüsusilə alqışlayıram. Ermənilər ərazi iddialarından əl çəkməlidirlər. Biz dinc və yanaşı yaşamalıyıq. Biz qonşu olmağa məhkumuq. Ona görə də əvvəl-axır ortaq məxrəc tapıb sülh şəraitində yaşamağa öyrəşməliyik. Bunun üçün ən vacib amillərdən biri Azərbaycan cəmiyyətində demokratiyanın inkişafıdır", - o bildirib.

Aytən Novruz
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR