İnsanlara hürriyət, millətlərə istiqlal!

Sərhəddə GƏRGİNLİK: iki rus əsgəri yaralanıb? İki ekspert qarşı-qarşıya...

1819 22.03.2023 15:55 Gündəm A A

Ermənistan ordusunun dünən itən hərbçisi bu gün axtarış-xilas etmə işləri nəticəsində tapılıb. Ermənistan Müdafiə Nazirliyi yayıb. Məlumata görə, hərbçinin həyatı üçün heç bir təhlükə yoxdur.

Ermənistan Azərbaycanla bağlı dezinformasiyaları kəskin artırıb. “Caliber” yazır ki, ötən gün ermənilər guya Rusiya hərbçilərinin Azərbaycan tərəfi ilə əlaqə saxladığını, “əsir götürülən” erməni əsgərin qaytarılmasını istədiklərini, Azərbaycan Ordusunun buna razılaşdığını iddia etmişdilər.

Bildirirdilər ki, guya Rusiya hərbçiləri “əsir götürülən ermənini” təhvil almaq üçün gələrkən, Azərbaycan Ordusunun bölmələri “qatı duman səbəbindən” onları da seçə bilməyib və atəş açıb, nəticədə iki rus əsgər yaralanıb, ardınca isə ərazini tərk etməyə məcbur olublar. Hətta bəzi erməni “mənbələri” rus əsgərlərin öldüyünü də iddia etmişdi.

Məlumata görə, 21 mart saat 15:00 radələrində “Patriot” UAZ-ı ilə erməni əsgəri axtarmaq üçün əraziyə yaxınlaşan Rusiya əsgərlərinə doğrudan da atəş açılıb, ancaq bu, erməni postunun yaxınlığında baş verib. Həmin müddətdə Azərbaycan Ordusuna Qaragöl istiqamətində atəş açmamaq barədə verilən əmr qüvvədə olub.

TVMusavat-ın bu gün saat 16:00-da “Həftə içi” verilişində aparıcı Emil Salamoğlunun qonağı olan Milli Cəbhə Partiyasının sədri Məhəmməd Əsədullazadə ilə BDU professoru, politoloq Əlimusa İbrahimov Qarabağ gündəmini müzakirə edirlər. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/tvmusavat

Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/channel/UCtvU8QAYnxFG

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR