İnsanlara hürriyət, millətlərə istiqlal!

"Sərhəd təxribatında İranın rolu danılmazdır" -Ekspert

467 14.04.2023 11:12 Gündəm A A
 
Aprelin 11-də Ermənistan silahlı qüvvələrinin Laçın rayonu istiqamətində təxribatı ilə bağlı müxtəlif versiyalar səsləndirilir. Baş verənlər daha çox erməni tərəfinin məqsədyönlü təxribatı kimi dəyərləndirilir. Amma bu təxribatın arxasında Rusiya və ya digər dövlətlərin dayana biləcəyinə dair fikirlər də səslənir.
 
 
 
Hərbi ekspert Ədalət Verdiyev isə Bakupost.az -a açıqlamasında bu təxribatla bağlı təlimatın birmənalı olaraq İrandan gəldiyini ehtimal etdiyini deyib.
 
Onun sözlərinə görə, sərhəddə baş verənlər daha çox İran, Fransa və Ermənistanın maraqlarını ifadə edir:
 
"Hadisə Qarabağda, rusların nəzarətində olan ərazidə baş versəydi, o zaman burda Rusiya izi axtarmağa dəyərdi. Azərbaycan-Ermənistan məsələsində Rusiya dəfələrlə bizim mövqeyimizi dəstəkləyib. Ona görə də hesab edirəm ki, bu məsələdə İranın rolu danılmazdır. İranın Ermənistan üçün PUA heyətləri hazırlaması bir faktdır. Lakin İran PUA-larından istifadəyə dair heç bir fotofakt, videomaterial və ya rəsmi mənbədən məlumat yoxdur. Bunu nə Azərbaycan tərəfi, nə də erməni tərəfi təsdiqləyib. Amma digər tərəfdən Avropa İttifaqı və NATO-nun İran silahlarına sanksiya qoyduğu bir vaxtda Ermənistanın həmin silahları alması ona qarşı müəyyən tədbirlərin görülməsi ilə nəticələnə bilər. Ona görə də Ermənistanın hazırki vəziyyətdə İran PUA-larına malik olduğunu birmənalı olaraq iddia edə bilmərik. Bunu təsdiqləyən heç bir rəsmi məlumat mövcud deyil".

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR