İnsanlara hürriyət, millətlərə istiqlal!

Sergey Melkonyan: “Azərbaycan uğurlarının zirvəsindədir”  

1297 16.10.2023 16:01 Region A A

“Zəngəzur dəhlizi” uğrunda Azərbaycana müharibə lazımdırmı?

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, erməni politoloq Sergey Melkonyan bu sualı qoyaraq Azərbaycanın savaşa hazır olduğunu iddia edib..

"Əvvəla, Azərbaycan uğurlarının zirvəsindədir. 2020-ci ildə də buna bənzər şeylər demişdilər. İndi o rekord da qırılıb. Əsas məntiq isə belədir: əgər hər şey qaydasındadırsa, niyə dayanmaq lazımdır?

İkincisi, 2022-ci ilin sentyabrından sonra “buralar artıq Ermənistanın sərhədləridir” arqumenti artıq aktuallığını itirib. Azərbaycan ordusu hücuma keçərək əlavə (müəllif bunu Ermənistan ərazisi kimi təqdim edir-red.) 220 km2-ə yaxın ərazisini ələ keçirib. Bu mənada qırmızı xətti də artıq keçib.

Üçüncüsü, Rusiyanın müdaxiləsi ilə bağlıdır. Azərbaycan Rusiyaya münasibətdə qırmızı xətləri dəfələrlə keçib. Ona görə də Rusiyanın müdaxilə etmək üçün siyasi iradəsini və hərbi imkanlarını göstərən göstəricilər yoxdur.

Dördüncüsü, İranın müdaxiləsi də ilk növbədə coğrafi baxımdan çətindir. Zəngəzur dəhlizinin 3 marşrutu var. Və onlardan yalnız biri Ermənistan-İran sərhədi boyuncadır. İranın digər potensial marşrutlara sürətlə çatması çətin olacaq.

Beşincisi, “dəhlizin” güc yolu ilə açılması irimiqyaslı regional müharibəyə gətirib çıxarmayacaq. Azərbaycan yollar üzərində nəzarəti sürətlə qura bilər. Ondan sonra Ermənistanı vədlərini yerinə yetirməyə məcbur etmək asan olacaq”,-deyə erməni ekspert yazıb.

Melkonyanın fikrincə, hücumun ən uyğun istiqaməti anklavların yerləşdiyi Tavuş və Ararat bölgələridir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR