İnsanlara hürriyət, millətlərə istiqlal!

Serbiya Ukraynaya sursatı BELƏ satıb

1040 22.06.2024 20:13 Dünya A A

Serbiya Qərb ölkələrinə 800 milyon avro dəyərində sursat ixrac edib. Onlar üçüncü şəxslərin köməyi ilə Ukraynaya gedə bilər.

Musavat.com xəbər verir ki, bu barədə “Financial Times” yazıb.

Amerika nəşrinin məlumatına görə, Serbiya prezidenti Aleksandr Vuçiç bu rəqəmin “təxmini rəqəmlərə” uyğun olduğunu təsdiqləyib.

O, silah-sursat satışının biznes fürsəti və Serbiyanın “iqtisadi dirçəlişinin bir hissəsi” olduğunu deyib, amma Vuçiçin sözlərinə görə, bununla belə, Belqrad münaqişədə tərəf tutmur:

“Bəli, biz sursatlarımızı ixrac edirik. Biz onları Ukraynaya və ya Rusiyaya ixrac edə bilmərik. Amma bizim amerikalılarla, ispanlarla, çexlərlə və başqaları ilə çoxlu müqavilələrimiz olub. Nəticə etibarı ilə həmin sursatlarla nə edəcəkləri onların işidir”.

Aleksandr Vuçiç həmçinin deyib ki, Serbiyanın “böyük fürsəti” var, çünki onun istehsal etdiyi silahlar Qərb silahlarından daha ucuzdur. Eyni zamanda Serbiya sursatlarının ixracının ümumi həcmi arta bilər.

Serbiyanın Maliyyə Nazirliyi təxminən 20 min nəfərin çalışdığı müdafiə sənayesinin genişlənə biləcəyini bildirib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR