İnsanlara hürriyət, millətlərə istiqlal!

Serbiya prezidentindən qorxulu açıqlama: azərbaycanlılar da un, şəkər, duz ehtiyatı ... yığsınlarmı?

979 19.06.2024 14:21 Siyasət A A

"Qlobal fəlakətlə bağlı ehtimallar artır, proses hər an nəzarətdən çıxa bilər"- ŞƏRH

"Rusiya-Ukrayna müharibəsi daha qlobal fəlakətə yol aça bilər. Bunu Serbiya prezidenti Aleksandr Vuçiç deyib. O böyük fəlakətin yaxınlaşdığını söyləyib. Hətta Serbiyanın mövcud neft, şəkər duz ehtiyatları barədə məlumatlari nəzərdən keçirdiyini qeyd edib. 

Serbiya prezidentinin fikirlərini Musavat.com üçün şərh edən siyasi şərhçi Elçin Mirzəbəyli bildirdi ki, bu məsələ uzun illərdir müzakirə olunur.

16638552634909724063_1200x630-1.jpg (107 KB)

E.Mirzəbəyli xüsusilə Rusiya-Ukrayna müharibəsindən sonra belə yanaşmaların daha çox yayıldığına diqqət çəkdi:

"Fərqli qütblərdən hətta 3-cü Dünya müharibəsinin artıq  başlandığı bildirilir. Lokal müharibələrin isə bu prosesin müəyyən mərhələsini təşkil etdiyi qeyd edilir. Fikrimcə, bu ehtimalların indi dilə gətirilməsi, xüsusilə sentyabr ayından müharibənin aktiv fazaya keçməsi ilə bağlı fikirlər Ukrayna ilə bağlı sammitdən sonra yaranan yanaşmadır. Çünki hər iki tərəfin mövqeyi bir-birilə ziddiyət təşkil edir və heç bir tərəf mövqeyindən geri çəkilmək niyyətində deyil. Sammitöncəsi Rusiya prezidentinin Ukraynada müharibənin dayandırılması ilə bağlı səsləndirdiyi fikirlər, həmçinin Ukrayna prezidentinin 10 bənddən ibarət həll variantı da heç vaxt bir-birilə uzlaşmayan məqamlardır. Sammit dünya ölkələrinin iki qütbün mövqeyini bölüşmədiyini göstərdi. Nəticə etibarilə daha çox proseslərin stimullaşdırılması, müharibənin davam etməsi istiqamətində edilən cəhdlər Qərbin maraqlarına uyğun şəkildə həyata keçirilir. Lakin proses o zaman aktiv fazaya qədəm qoya bilər ki, NATO açıq müdaxilə perspektivini işə salsın. Ballistik raketlər isə düşərsə, Rusiya ərazisində həyati əhəmiyyətli obyektlərin vurulması istiqamətində addımlar atılarsa, bu halda Rusiyanın taktiki nüvə silahını işə salma ehtimalı var. Bu istiqamətdə təlimlərin keçirilməsinə başlanıb. İttifaq dövləti olan Belarusla bu istiqamətdə addımlar atılır".

E.Nirzəbəylo hesab edir ki,  vəziyyət həqiqətən təhlükəli həddədir: "İndiki şəraitdə qismən yumşaldıcı yanaşma növbəti sammitdə Rusiyanın iştirakı ilə bağlı səslənən fikirlərdir. Amma sammitin harada keçiriləcəyi hələ ki bəlli deyil. Düşünürəm ki, Roma statutunun qəbul edildiyi ölkələrin heç birində keçirilməyəcək. Keçirilsə belə, Rusiyanın burada iştirakı gözlənilmir. Rusiya heç bir halda onunla bağlı Beynəlxalq Cinayət Məhkəməsinə müraciət olunmasını və müvəqqəti olaraq icazə verilməsi reallığını qəbul etməyəcək. Bu baxımdan Rusiyanın  özünün etimad etdiyi ölkələrdə, heç bir bloku təmsil etməyən ölkələrin vasitəçiliyi ilə danışıqların keçirilməsi mümkündür. Amma bu danışıqlar nəyə gətirib çıxaracaq? İndiki maksimalist nəticələr müharibənin dayanmasına imkan vermir. Müharibənin uzanması isə riski daha da artırır. İstənilən an proseslər nəzarətdən çıxa bilər. Yaxud 3-cü qüvvələrin proses daxil olmasına zəmin yarada bilər. Amma mən çox da pessimist deyiləm. Düşünürəm ki, Qərb müəyən həddə qədər Rusiyanın əsəblərini tarıma çəkməkdə davam edəcək. Amma müharibənin Qərb meydançasına sıçramasını Avropa liderləri çox ya xşı başa düşürlər. Hər halda ilin sonuna qədər müəyyən neytral variantın tapılmasi istiqamətində addımların atilmais ehtimalı daha çoxdur".

Nigar HƏSƏNLİ,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR