İnsanlara hürriyət, millətlərə istiqlal!

Serbiya prezidenti: Başımızın üstünü qara buludlar alıb

744 27.03.2024 14:41 Siyasət A A


Serbiya prezidenti Aleksandar Vuçiç sosial şəbəkələrdə ölkə və onun sakinləri üçün çətin günlər haqqında müəmmalı paylaşım dərc edib.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, o, Serbiyaya qarşı təhdidlərlə bağlı hər hansı təfərrüat açıqlamayıb, lakin yaxın günlərdə bu barədə sakinlərə məlumat verəcəyini vəd edib.

“Serbiya üçün çətin günlər başlayır. Hazırda son 48 saat ərzində hansı xəbərləri aldığımızı söyləmək asan deyil”, - deyə Vuçiç yazıb.

Onun sözlərinə görə, əldə edilən məlumatlar həm Serbiyanın, həm də Serb Respublikasının (Bosniya və Herseqovinanın tərkibindəki)  həyati milli maraqlarını birbaşa təhdid edir.

“Yaxın günlərdə mən Serbiya xalqını qarşılaşdığımız bütün problemlər barədə məlumatlandıracağam. Çətin olacaq. Biz mübarizə aparacağıq. Serbiya qalib gələcək”, - deyə Vuçiç əlavə edib.

Musavat.com

 

 

 

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR