İnsanlara hürriyət, millətlərə istiqlal!

SEPAH-ın keçmiş komandiri İran polisinə xəbərdarlıq edib: "Səhvləri təkrarlamayın"

697 17.04.2023 14:58 Region A A

“Polis qüvvələrinin məcburi hicaba qarşı çıxan qızlar və qadınlarla davranışı xalqla-hakimiyyət arasında uçurumları genişləndirəcək”.

“Report” xəbər verir ki, bu barədə İran İnqilab Keşikçiləri Qvardiyasının yüksək rütbəli keçmiş komandirlərindən biri olmuş Hüseyn Alaei yerli “Şərq” qəzetinin sonuncu sayında yayılan müraciətində vurğulayıb.

O, polisin məcburi hicab geyinməyən qadın və qızlara qarşı hərəkətlərini “Əxlaq polisinin səhvinin təkrarı” adlandırıb. Onun sözlərinə görə, cəmiyyət hicab pis olduğu üçün etiraz etmir: “Bu, əxlaq polis patrulunun davranışına cəmiyyətin kəskin reaksiyasıdır”.

Keçmiş komandir qeyd edib ki, bir çox şəhərlərdə meydana gələn sosial etirazlar qeyri-elmi və qeyri-peşəkar üsullarla qarşılanır:

“Bu isə qısa bir zamanda əks nəticəyə çevrilir”.

İran-İraq müharibəsi zamanı Sepahın yüksək rütbəli və vəzifəli komandirlərindən və qvardiyanın Dəniz Qüvvələrinin qurucusu olmuş Hüseyn Alaei 2009-cu ildə keçirilən prezident seçkisinin nəticələrinə etiraz edən “Yaşıllar Hərəkatı” ilə bağlı qeydlərində İslam Respublikası hakimiyyətini tənqid edib. O, Kəhrizək İstintaq Təcridxanasında bir neçə etirazçı gəncin qətlini təsdiqləyən memorandum dərc edən ilk şəxslərdən biri olub.
Sabiq komandir örtük və hicabı ictimai-mənəvi məsələ adlandıraraq bunun polisə aidiyyəti olmadığını vurğulayıb:

“Polisin bu işlərə müdaxiləsi yersizdir”.

Qeyd edək ki, İranın hüquq mühafizə orqanların qüvvələrinin rəhbəri Əhmədrza Radan bir neçə gün öncə hicaba əməl etməyənlərə qarşı sərt qaydalar tətbiq olunacağını bildirib. Hüseyn Alaeinin müraciəti də bu xəbərdarlıq ərəfəsində yayılıb. Polis sərtləşdirici tədbirləri aprelin 16-dan etibarən həyata keçirməyə başlayıb.

İran Polis İdarəsinin sözçüsü Səid Müntazeral Mehdi məcburi hicaba əməl etməyən qadınlarla rəftarın sərtləşdirilməsi tədbirlər çərçivəsində ümumilikdə 137 mağaza, 18 restoran möhürlənib. Hicabsız qadınlar həmin ticarət və iaşə obyektlərinə daxil olduğu üçün bağlanıb.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR