İnsanlara hürriyət, millətlərə istiqlal!

SENSASİON DEBAT: Surət Hüseynovu kim(lər) ö*ldürüb? – Nemət Pənahlı və Elşad Paşasoy CANLIda

878 01.08.2023 14:48 Gündəm A A

1959-cu ildə Gəncə (o vaxt Kirovabad adlanırdı) şəhərində doğulmuş, Azərbaycanın keçmiş Baş naziri Surət Hüseynov 64 yaşında İstanbulda vəfat edib.

Hüseynovun köməkçisi Könül Rafiqqızı BBC-yə açıqlamasında Surət Hüseynovun “tədricən zəhərləndiyini” iddia edib. Onun sözlərinə görə, keçmiş Baş nazirin heç bir xəstəliyi olmayıb, amma bir il öncə Sürət Hüseynov Türkiyədə “taqətdən düşəcəq qədər zəifləməyə” başlayıb.
BBC Azərbaycanca İstanbulda səhhəti pisləşən Surət Hüseynovun ilk gətirildiyi Arnavutköy Dövlət Xəstəxanasından öyrənə bilib ki, təcili yardım hadisəsi ilə bağlı "intihar, zəhərlənmə və ya zərbə şübhəsi" olduğu üçün Surət Hüseynovun qeydiyyatı "adli durum" kimi aparılıb.
"Şəxsin sağlamlığının pisləşməsinə səbəb olan vəziyyətə görə şəxsin özünün və/və ya digər şəxslərin məsuliyyət daşıya biləcəyinə dair şübhələrin olduğu hallar" "adli durum" kimi qiymətləndirilir.

Surət Hüseynovun şübhəli ölümü və bundan çıxan sualları bu gün saat 14.50-də aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində milli azadlıq hərəkatının öncüllərindən olan Nemət Pənahlı və siyasi yazar-ekspert Elşad Paşasoy müzakirə edəcək. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

 

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR